fbpx

Şəmkirin icra başçısına birinci müavin təyin edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Şəmkir rayon icra başçısının birinci müavini vəzifəsinə təyinat olub.

Bu barədə Metbuat.az-a Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin müvafiq sərəncamına əsasən, bu vəzifəyə Süleyman Zeynallı təyin edilib.

O, bu gün Şəmkir RİH-in kollektivinə təqdim olunub.

Zeynallı Süleyman Gəray oğlu 12 oktyabr 1977-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olub.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya və Dövlətidarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin isə Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib.

Bakı Dövlət Universitetində beynəlxalq hüquq üzrə magistr, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda isə aspirantura təhsili alıb.

Süleyman Zeynallı bundan öncə Qala Həyat Sığorta Şirkəti ASC-nin Hüquq və Kadrlar Departamentinin müdiri vəzifəsində çalışıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin