Sən “Xəzər”i heyvanxanaya bənzədirsən? – Əməkdar artist
BEY.AZ informasiya agentliyi xəbər verir
Əməkdar artist Cavanşir Məmmədov “Təsir Dairəsi” ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaşa sərt reaksiya verib.
Metbuat.az xəbər verir ki, sənətçi qonaq olduğu “Gəl danış” proqramında “kürəkəni”, türk vətəndaşı Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmə çəkişməsindən danışıb, aparıcı Lalə Azərtaşı tənqid edib:
“Kürəkənim idisə, onda sənəd göstərsin. “Təsir dairəsi” ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaş deyir ki, bu adam (iş adamı Kemal Mustafa) efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn, mən verilişdə filankəslə danışıram, həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Sən (Lalə Azərtaş – red.) televiziya məkanını sirkə bənzədirsən? Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. “Xəzər” televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Deyirsən mən hakiməm, Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sən #Xəzəri #heyvanxanaya #bənzədirsən #Əməkdar #artist