fbpx

Sərhəd məntəqəsi quruldu: Bakının növbəti tələbi bu olacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Əvvəla, bütün sərhəd məntəqələri Azərbaycan qanunvericiliyinə uyğun işləyir. Laçın da bunlardan biri olacaq. Hətta deyərdim, Laçın buraxılış məntəqəsi bu qaydalarin ən ciddi tətbiq edildiyi məntəqə olacaq.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy deyib.

O bildirib ki, bu keçidin tənzimlənməsi üçün müvəqqəti qaydalar sisteminin ortaya qoyulacağını təxmin edir:

Rüya tabirlerini burdan oku

“Çox qısa müddətdə Qarabağdakı erməni sakinlərindən Azərbaycan vətəndaşlığını qəbul edilməsi tələb ediləcək, qəbul edənlər Azərbaycan vətəndaşlarının hüquqlarına və öhdəliklərinə malik olacaqlar. Azərbaycan xalqına qarşı cinayət işləyənlərə qarşı qanunlarımız tətbiq ediləcək. Vətəndaş olmaq istəməyənlər ölkədən getmək durumunda qalacaq. Getmək istəyənlərin əmlakını durumlarına görə Ermənistan və ya Azərbaycan dövlətləri kompensasiya edəcək (Məsələn, Sovet dövründən burda yaşayanları və onların davamçılarını Azərbaycan, sonradan gələnlərin kompensasiyasını Ermənistan ödəyəcək). Getmək istəyənlərdən xalqımıza qarşı cinayət işləyənləri isə buraxmaq olmaz, tutub mühakimə etmək lazımdır”.

Ekspertin sözlərinə görə, Ermənistan vətəndaşlarının ölkəyə gəlməsi prosesi də humanitar məqsədli olaraq müvəqqəti bir keçid prosesi qaydaları ilə tənzimlənəcək, ancaq ardından qarşılıqlı əsasa və beynəlxalq hüquqa görə tənzimlənəcək:

“Bunun mənası odur ki, Azərbaycanın icazəsi olmadan heç bir Ermənistan vətəndaşı və ümumilikdə xarici vətəndaş bölgəyə girə bilməyəcək. Sadəcə müəyyən müddət üçün Qırmızı Xaç və rus sülhməramlıları keçəcək.

Zamanla Rus əsgərləri bu işdə sadəcə monitorinq ilə məhdudlaşacaqlar”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sərhəd #məntəqəsi #quruldu #Bakının #növbəti #tələbi #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu