fbpx

“Sərhədləri müəyyənləşdirərkən 1918-ci ildən 1991-ci ilədək bütün xəritələri götürəcəyik”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bizim mövqeyimiz budur ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı biz tarixi və əlbəttə ki, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı mümkün olan xəritələri nəzərə almalıyıq”.

Metbuat.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Biz diqqəti sadəcə bir xəritəyə yönəldə bilmərik. İrəvanın Azərbaycanın bir hissəsi olduğu 1918-ci ildən başlayaraq bir çox xəritələr olub. Eləcə də Zəngəzurun Azərbaycanın bir hissəsi olduğu 1920-ci ilin noyabrından əvvəl. Hazırkı İran-Ermənistan sərhədində azərbaycanlılar məskunlaşmışdılar və buranın erməni xalqı ilə heç bir əlaqəsi yox idi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi. Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr deyildi, daha dar idi. Amma sonradan müxtəlif hiylələrlə ermənilər İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər. Ona görə də bizim mövqeyimiz budur ki, biz məsələn, 1918-ci ildən və ya daha əvvəldən başlayaraq 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələri götürəcəyik. Amma, əlbəttə bu, bizim birgə İşçi qrupumuzun müzakirələrinin bir hissəsi olacaq”, – dövlət başçısı vurğulayıb.




Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu