fbpx

Şərurda yanğın olub – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Diyadin kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik tikililərə keçmə riski yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 600 ədəd ot bağlamasından 300-ü yanıb. 300 ədəd ot bağlaması, ümumi sahəsi 78m² olan təsərrüfat obyekti və orada olan 5 ədəd iribuynuzlu heyvan, ümumi sahəsi 70m² olan qaraj və yardımçı tikili yanğından mühafizə olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Şərurda #yanğın #olub #VİDEO

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin