fbpx

Sərxoş sürücü yol polisini bıçaqlamaq istədi

BEY.AZ informasiya agentliyi xəbər verir


Noyabr ayının 6-da axşam saatlarında Şəmkir rayon Çinarlı kəndi ərazisində hərəkətdə olan VAZ 2106 markalı avtomobil, işıq cihazlarının istifadə qaydasının pozulmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları tərəfindən sürücüyə saxla işarəsi verilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, yol polisi sürücüyə yaxınlaşaraq, özünü təqdim etmiş, saxlama səbəbini izah edərkən, sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsi barədə əsaslı şübhələr yaranıb.

Polis əməkdaşının müvafiq sənədləri və həkim müayinəsi tələbinə tabe olmayan Şəmkir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, Hüseynov özünəməxsusluğu cib bıçağı ilə polis əməkdaşına xəsarət yetirməyə çalışıb. Aparılan profilaktiki söhbət fayda vermədiyindən polis əməkdaşı tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sürücü tərki silah edilərək, saxlanılıb və Şəmkir rayon Polis Şöbəsinə təhvil verilib. Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin