“Sabah” klubu yeni futbolçu transfer edib
BEY.AZ informasiya agentliyi xəbər verir
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovinadan olan Boyan Letiçlə müqavilə imzalanıb.
29 yaşlı müdafiəçi mövsümün sonunadək “Sabah”da çıxış edəcək.
Qeyd edək ki, Boyan Letiç karyerası ərzində ölkəsnin “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.