fbpx

Sabah Rusiyada defolt elan oluna bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bloomberg” agentliyi Rusiyanın martın 16-da defoltla (Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi – red.)üzləşə biləcəyini proqnozlaşdırır.

Metbuat.az xəbər verir ki, Rusiyanın ümumi ödənilməmiş dövlət və korporativ borcu 150 milyard dollara çatır.

Rusiyanın bu il defolt etmə ehtimalı təxminən 70% qiymətləndirilir. Bu rəqəmə bilavasitə Rusiyanın Ukraynaya müdaxiləsi təsir edib.

Rüya tabirlerini burdan oku

Hökumətin 117 milyon dollarlıq dollar istiqrazları üçün faiz ödəyəcəyi gözlənilir.

Nəşr hadisələrin sonrakı inkişafı ilə bağlı üç ssenari təqdim edib:

Birinci ssenari Rusiyanın borcunu dollarla ödəyəcəyini nəzərdə tutur, yəni defolt növbəti kuponların ödənilməsi vaxtı gələndə ən azı aprelin 4-nə qədər təxirə salınır.

İkinci ssenaridə Rusiyanın rublla ödəniş etməsi nəzərdə tutulur. Nəşrin yazdığına görə, bəzi müqavilələr belə bir ödənişə icazə verir, amma hamısı deyil. Xüsusilə, çərşənbə günü ödəniş yalnız valyuta ilə edilmiş hesab ediləcək, əks halda defolt deməkdir.

Üçüncüsü, Rusiya ümumiyyətlə pul ödəmir. Çərşənbə günü defolt, 30 günlük güzəşt müddətini işə salacaq və bundan sonra defolt davam edəcək.

Qeyd edildiyi kimi, Rusiya sonuncu dəfə 1998-ci ildə defolt edib. O, sürətli inflyasiya, rublun devalvasiyası və beynəlxalq bazarlarda maliyyə izolyasiyası spiralını başladıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu