fbpx

Sabahdan Bakıda Hindistan məhsullarının sərgisi açılacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 26-da Bakıda “Best of India” – Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi keçiriləcək.

Hindistanın Azərbaycandakı Səfirliyindən Metbuat.az-a verilən məlumata görə, sərgi “ANM Exhibitions”, Yun və Yun məhsullarının İxracının Təşviqi Şurası və Hindistanın Səfirliyi ilə birgə reallaşacaq.

Hindistanın səfiri Bavitlunq Vanlalvavna bildirib ki, bu ilki sərgi “Best of India” sərgisinin səkkizinci buraxılışı olacaq və bu sərgidə özünün düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 60-a yaxın şirkət iştirak edəcək.

Rüya tabirlerini burdan oku

Səfirin sözlərinə görə, tədbirin əsas üstünlüyü Hindistan Səfirliyinin piştaxtasında əsl Hindistan çayının canlı təbliğatınıın aparılması olacaq. Ziyarətçilər tədbir zamanı istənilən vaxt Hindistan stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbirin davam etdiyi doqquz günü ərzində böyük LED ekranda Hindistanın Assam, Qərbi Benqal, Manipur, Himaçal Prade, Sıkkım, Tamil Nadu və Kerala və s. əyalətlərində turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaq.

Səfir vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.

B.Vanlavavna həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur və ikitərəfli əməkdaşlıq əlaqələri də getdikcə genişlənir. 2021-ci il ərzində Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi 2020-ci ilə nisbətən 26,8 % artaraq 739,1 milyon ABŞ dolları təşkil edib.

“Hindistan Səfirliyi son bir il ərzində Hindistan və Azərbaycan şirkətləri arasında müxtəlif sektorlarda hibrid rejimdə ondan çox “B2B” görüşlər təşkil edib. Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarınının artırılması üçün Hindistan qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir”, – səfir bildirib.

Aprelin 3-dək səhər saat 11:00-dən axşam saat 7:00-dək Bakıda, Neftçilər prospekti 26A ünvanında yerləşən Bakı İdman Sarayında baş tutacaq “Best of India” Sərgisində Hindistan sənayesinin yüksək keyfiyyətli moda, tekstil və həyat tərzi məhsulları dünyaya tanılacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu