fbpx

Sabiq direktora cinayət işi açıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Saatlı Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq direktoru Nizami Mehtiyev tərəfindən rayon sakinlərindən işə düzəltmək adı ilə pul vəsaiti alınması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Metbuat.az-a Saatlı rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı Nizami Mehtiyevin direktor işlədiyi dövr ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talamasına, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə öz qulluq mənafeyinə qəsdən zidd olaraq vətəndaşların işə düzəlməsi ilə əlaqədar müxtəlif vaxtlarda ümumilikdə 25 min manat pul vəsaitini rüşvət qismində almasına və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüya tabirlerini burdan oku

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sabiq #direktora #cinayət #işi #açıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu