Sabiq “Fənərbağça”lı millimizin baş məşqçisi olacaq
Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər.
BEY.AZ BEY.AZ-a istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 44 yaşlı məşqçi ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.
Qeyd edək ki, Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan “Ankaragücü” komandası olub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |