Sabiq icra başçısının həbs müddəti azaldıldı
Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin kassasiya şikayətinə baxılıb.
BEY.AZ xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.
Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |