Sabirabadda bir ailənin beş üzvü dəm qazından zəhərlənib
BEY MEDIA İnformasiya agenti xəbər verir
Sabirabad rayonunda bir ailə dəm qazından zəhərlənib.
Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan Fərəcovlar ailəsinin 5 üzvü – Arzu, Səbinaz, Aysel, Adəm və Asif evdə dəm qazından zəhərlənib.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.