Sabunçuda narkotikə görə 81 nəfər tutulub
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 81 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BEY.AZ-a verilən xəbərə görə, həmin şəxslər barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.
Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15 kiloqram yüksək təsiredici xassəyə malik narkoik vasitə olan heroin, 30 kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.