fbpx

“Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qanun qəbul etməklə, təhsilimizi düzəldə bilmirik”

Metbuat.az xəbər verir ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisin bugünkü iclasında deyib. O qeyd edib ki, orta məktəblərdə kitablar çoxağırdır:

“Orta məktəbdə oxuyan nəvələrim var, onların çantalarını götürə bilmirəm. O ağırlıqda çantanı götürən uşaqlar gələcəkdə qozbel olacaq”.

Rüya tabirlerini burdan oku

Deputat bildirib ki, məktəblərdə baş verən problemlərdə daha çox müəllimlərdə günahkar görülür:

“Digər bir məsələ isə müəllimlərin üstünə çox düşmüşük. Bu maaşla ərköyün uşaqlara dərs deyən müəllimlər milli qəhrəmanlardır. Bu yaxınlarda bir müəllim uşağa şillə vurub. 30 ilin müəllimi işdən azad edilib. Mən şiddətə qarşıyam, amma xəbərdarlıq etmək, töhmət etmək olardı. 30 ilin müəllimini çörəksiz qoymaq, belə şey olar? Onsuz da kişi müəllimlərinin qıtlığıdır. Hər şeyi bizə öyrədən müəllimi özümüzə qul etmişik. Valideynlər elə bilir müəllimlər onların quludur”.

Deputat həmçinin bildirib ki, əvvəllər nadinc şagirdləri məktəbdən qovardılar, onlar üçün ayrıca bir məktəb olardı:

“Elə tərbiyə verdilər ki, içlərindən alimlər, polkovniklər çıxdı. İndi şagirdlər müəllimlərin “başına çıxır”. Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şagirdin #əlindəki #telefon #müəllimin #aylıq #maaşıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu