fbpx

Sağlam beyin üçün 5 qızıl qayda

Rüya Yorumları burda


Son illərdə yaddaş zəifləməsi və diqqət çatışmazlığı problemləri olan gənclərin sayı artıb.

BEY.AZ xəbər verir ki, bu barədə nevroloqlar həyəcan təbili çalırlar. Müasir dövrdə xüsusilə xroniki stress, qeyri-sağlam qidalanma, yuxu çatışmazlığı, hərəkətsizlik və siqaret-alkol kimi zərərli vərdişlər beyin funksiyalarını zəiflədə bilər. Mütəxəssislərə görə, erkən dövrlərindən etibarən sadə, amma effektiv tədbirlər görərək beyin sağlamlığını qorumaq mümkündür.

Nevroloqlar beyin sağlamlığı üçün 5 qızıl qaydaya əməl etməyi məsləhət görürlər. Həmin qaydaları təqdim edirik:

Bağırsaq sağlamlığınızı gücləndirin

Tədqiqatlar göstərir ki, bağırsaq sağlamlığı beyin funksiyasına birbaşa təsir edir. Bu səbəbdən, probiyotiklə zəngin qatıq, kefir, turşu kimi məhsulları, eləcə də sarımsaq, soğan, banan kimi prebiotiklə zəngin qidaları menyunuza əlavə edin. Lif və polifenol mənbələri olan yaşıl çay, qara şokolad, üzüm kimi qidalar da bağırsaq və beyin sağlamlığı üçün əhəmiyyətlidir.

Rüya tabirlerini burdan oku

Yuxunuza diqqət edin

Gündəlik 6-8 saat keyfiyyətli yuxu beyin üçün vacibdir. Hər gün eyni vaxtda yatmaq və oyanmaq, yuxudan əvvəl ekranlardan uzaq durmaq və sakit, qaranlıq bir yataq otağı təmin etmək yuxunun keyfiyyətini artırır.

Omega-3 qəbul edin

Omega-3 yağ turşuları beyin sağlamlığı üçün çox vacibdir. Qızılbalıq və sardina kimi balıqlar, qoz, çia toxumu kimi qidalar yaxşı omega-3 mənbələridir. Əgər kifayət qədər balıq yemirsinizsə, həkim məsləhəti ilə omega-3 əlavələri qəbul edə bilərsiniz.

Müntəzəm beyin məşqləri edin

Krossvord həll etmək, kitab oxumaq, yeni bacarıqlar öyrənmək kimi fəaliyyətlər beyni stimullaşdırır. Bəzi rəqəmsal vasitələrdən istifadə etməklə yaddaşı və diqqəti inkişaf etdirmək də mümkündür.

Koqnitiv funksiyaları artıran əlavələrdən istifadə etmək olar, amma diqqətli olun

İdrak funksiyasını dəstəkləyən, yaddaşı gücləndirən, yorğunluqla mübarizə aparan, diqqəti cəmləyən və stress altında zehni performansı artıran nootropiklər həkim tövsiyəsi ilə istifadə edilməlidir. Həkiminizlə birlikdə qərar verdiyiniz bu əlavələr beynin güclənməsinə töhfə verə bilər. Mövcud dərman istifadəniz varsa, həmişə dərmanlarla qarşılıqlı əlaqəni düşünün.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu