fbpx

Sağlam qalmaq üçün bu şirələri için

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Hamı canını çox sevir, lakin onun sağlamlığı qayğısına qalmağı həyat normasına çevirməyi heç də hamı bacarmır. Halbuki sağlamlıq bu dünyada heç nə ilə əvəz edilməsi mümkün olmayan ən böyük nemətdir.

Körpə vaxtı lazımınca ana südü ilə, böyüyəndə orqanik qidalarla qidalanmırıq, səhərlər idman hərəkətləri etmirik, bulaq suyu içmirik, dəniz sahilində quma girmirik, dağ havası udmuruq, palçıq vannası qəbul etmirik. Bitki çayı içmirik, pəhriz saxlamırıq, at minmirik, velosiped sürmürük, sonra da ağrı-acıdan şikayətlənməyə başlayırıq. Əlbəttə, bunların eləsi var ki, hansısa zəhmət, maddiyyat tələb edir, amma eləsi də var ki, ətrafımızda, əlimizin altındadır. Onu etmək hər kəs üçün əlçatandır…

Ana təbiətdə bitən hər gül, çiçək, ağac və meyvə min bir dərdin dərmanıdır. Dərman bizim ətrafımızda ola-ola təəssüf ki, çox vaxt onu əczaxanalarda axtarırıq. Bəzən bir bitki uzun illər kütləvi ölüm hallarına səbəb olmuş xəstəliyin çarəsi olur. Çoxlu tələfat və itkilərə səbəb olmuş malyariya xəstəliyinin şəfası kinə ağacının yarpağında imiş. Yaxud soyuqdəymə və zökəmdə cökə yarpaqları, qripdə evkalipt yarpağı, öd kisəsinin fəaliyyətini nizama salmaqda solmazçiçəyi, qankəsicilik xüsusiyyətinə görə gicitkən və qıtıqotu bəzi kimyəvi dərmanlardan daha güclü təsirə malikdir.

Rüya tabirlerini burdan oku

Ayrı-ayrı bitkilərin faydası və təbabətdə istifadəsi haqqında çox eşidirik. Araşdırmalar göstərir ki, orqanizm üçün ən faydalı bitkilərdən biri də ispanaqdır. Bəzi bölgələrdə bu bitkini el arasında şomu adlandırırlar.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Amerika Qida Ehtiyatları Universitetində tədqiqatçı Norman Uolkerin bu sahədə apardığı araşdırmalar xüsusilə böyük maraq doğurur. Alim 83 meyvə-tərəvəzdən insan orqanizmi üçün çox əhəmiyyətli olan reseptlər hazırlayıb. Həmin reseptlərin böyük bir qismində ispanaqdan müalicə vasitəsi kimi istifadə edilir. Onun tədqiqatına əsasən, 89 xəstəlikdə ispanaq birinci, 18 xəstəlikdə ikinci, 3 xəstəlikdə üçüncü dərəcəli dərman rolu oynayır. Onu çiy halda qəbul etmək orqanizm üçün xüsusilə xeyirlidir. İspanağı qaynadıb bişirəndə zülallar və digər elementlərlə zəngin olan bitkinin tərkibindəki maddələr qeyri-üzvi turşulara, o cümlədən oksalat turşusuna, yəni turşəngə çevrilir. Həmin turşular isə sonradan böyrəkdə və öd kisəsində daş yaranmasına səbəb olur. Bitkinin şirəsi təzə halda xərçəng xəstəliyi zamanı da istifadə oluna bilər.

Uolkerin təklif etdiyi ən sadə reseptlərdən biri belədir: 290 qram kök şirəsinin 170 qram ispanaq şirəsi ilə qarışdıraraq gün ərzində içilməsi orqanizmdə olan əksər xəstəliklərin müalicəsində müstəsna rol oynayır.

Təkcə ispanaq deyil, kök, çuğundur və nar şirəsi qəbul etmək də olduqca böyük müalicəvi əhəmiyyət daşıyır. Xüsusilə kök şirəsinin uşaqlara verilməsi çox vacibdir.

Bu, məşhur tədqiqatçı alimin təklif etdiyi çoxsaylı reseptlərdən, müalicə üsullarından biridir. Canını çox sevən hər kəsin ona əməl etməyinin faydası var. Əgər canımızı çox seviriksə, nəinki ona, digər həkim, təbib və loğmanların məsləhətlərinə əməl etmək tövsiyə olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sağlam #qalmaq #üçün #şirələri #için

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu