fbpx

“Sağlamlığın qorunması” İctimai Birliyinin təşkilatçılığı ilə gənc rəssamların sərgisi keçirildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


5 fevral 2022-ci il tarixdə “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyevanın təşkilatçılığı ilə “Gənclər günü” münasibətilə gənc rəssamların sərgisi keçirilib.

Metbuat.az xəbər verir ki, sərginin keçirilməsində məqsəd gənclərin istedad və bacarıqlarının nümayişinə dəstək olmaq, onların bu növ layihələrdə iştirakını, eyni zamanda cəmiyyətdəki fəallığını təmin etməkdən ibarət idi.
“Sağlamlığın qorunması” İctimai Birliyi “sağlam nəsil, sağlam gələcək” devizi altında bir çox layihələrə imza atmışdır. Artıq ikinci dəfə həyata keçirilən bu sərgi də onlardan biridir. Xətai sənət mərkəzində baş tutan sərgidə gənc rəssamların əsərləri sərgiləndi. Sərgidə Lalə Hüseynzadə, Emin Saqi, Könül Rüstəmbəyli, Aysun Səlimli, Sevinc Əhmədova, Arzu Cəfərzadə, Jalə Muradlının təxminən 100-yə yaxın qarışıq yağlı boya ilə, qumla və karandaşla çəkilən rəsm əsərləri nümayiş etdirildi. Həmçinin sərgidə piano və skripkada İranə Cəfərova və Zeyn Cəfərov çıxış etdi.
Sərgidə gənc rəssamlara və əməyi keçən təşkilatçılara “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən mükafatlar təqdim olundu. Sərgidə əməkdar artist Nuriyyə Hüseynova, şair-yazıçı Vahid Aslan, “Sara Xatun” İB-nin rəhbəri Pərvanə Mustafayeva, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İB-nın sədri Arzu Bağırova, jurnalist Vüsalə Qələndərli və Fəxriyyə Lipar sərginin keçirilməsilə bağlı ürək sözlərini bildirdilər.





Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu