Şahbaz Şərif Hindistana xəbərdarlıq etdi
Pakistanın baş naziri Şahbaz Şərif Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasının iclasındakı çıxışında Hindistana xəbərdarlıq edib.
BEY.AZ xəbər verir ki, o bildirib ki, Pakistan Hindistanın istənilən təcavüzünə qəti şəkildə cavab verəcək. Çıxışına İsrailin Qəzzaya hücumlarını, Ukraynadakı müharibəni, Asiya və Afrikadakı qarşıdurmaları xatırladaraq başlayan Şərif, yeni dünya nizamının qurulmaq üzrə olduğuna diqqət çəkib. Hindistanın nəzarətindəki Cammu-Kəşmirlə bağlı da açıqlama verən Şərif, Hindistanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Cammu-Kəşmir xalqının öz müqəddəratını təyin etmək üçün referendum keçirməsini nəzərdə tutan qərarını yerinə yetirməməkdə günahlandırıb. O qeyd edib ki, Hindistan müsəlmanları ərazidən sıxışdırmaq üçün bölgəyə əcnəbiləri yerləşdirir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |