fbpx

Şahbaz Şərif İmran Xanı devirən ölkəyə mesaj verdi, Türkiyə ilə bağlı mövqeyini açıqladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Pakistanın yeni Baş naziri Şahbaz Şərif hökumət başçısı kimi ilk çıxışını edib.

Metbuat.az xəbər verir ki, parlamentdəki çıxışı zamanı ölkənin xarici siyasətindən danışan Şahbaz Şərif, keçmiş Baş nazir İmran Xanının mövqeyini tənqid edib. O bildirib ki, Pakistanın strateji müttəfiqləri və dostları Kəşmir məsələsində səssiz qalıblar. Yeni hökumət başçısı Çinlə münasibətlərin önəminə diqqət çəkərək, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Avropa ölkələri ilə yaxşı əlaqələr qurmağın vacibliyini vurğulayıb. Şahbaz Şərif Türkiyə ilə Pakistan arasında ayrılmaz əlaqələrin olduğunu bildirərək, Ankaranın həmişə İslamabadın mövqeyini dəstəklədiyini ifadə edib. Şahbaz Şərifin sözlərinə görə, ABŞ-la qarşılıqlı maraqlar əsasında sıx münasibətlər qurulmalıdır.

Qeyd edək ki, etimad səsverməsindən sonra istefa verən İmran Xan, ABŞ-ın müxalifət vasitəsilə onu devirdiyini açıqlayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin