fbpx

“Şahdəniz”dən indiyədək 157 mlrd. kubmetr qaz ixrac olunub

Rüya Yorumları burda


“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2024-cü il tarixinədək buradan 442,4 milyard kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən BEY.AZ-a verilən məlumata görə, hesabat dövründə AÇG-dən 221,8 milyard kubmetr, “Şahdəniz”dən isə 220,6 milyard kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 157 milyard kubmetri ixraca nəql edilib”, – məlumatda bildirilir.

Məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 2,3 milyard kubmetr qaz nəql olunub.

Qeyd olunur ki, 2024-cü ilin yanvar – may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində respublikada 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri AÇG, 11,6 milyard kubmetri “Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron”, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyard kubmetr artımla qaz hasil edilib.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu