fbpx

“Şahdəniz”dən indiyədək hasil olunan qazın həcmi açıqlandı

Rüya Yorumları burda

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək burada 435,6 milyard kubmetr qaz hasil edilib.

BEY.AZ xəbər verir ki, hesabat dövründə AÇG-dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib”, – məlumatda bildirilir.

Qeyd olunur ki, yanvar-mart ayları ərzində respublikada 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri AÇG, 6,9 milyard kubmetri “Şahdəniz”, 0,4 milyard kubmetri “Abşeron”, 2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,4 milyard kubmetr artımla qaz hasil edilib.

Rüya tabirlerini burdan oku

“Üç ay ərzində xaricə qaz satışı 6,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən eynidir. Avropaya 3,2 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,3 milyard kubmetr qaz nəql olunub”, – məlumatda bildirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu