fbpx

Sahibə Qafarova Dublində Simonyanın uydurma iddialarına cavab verdi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət məsələsində ikili standartların nümayiş etdirilməsi Avropa demokratiyası üçün kifayət qədər ciddi çağırışdır”.

Metbuat.az xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında Ermənistan parlamentinin sədri Alen Simonyanın uydurma iddialarına cavab verərkən deyib.

Spikerin sözlərinə görə, sülh və təhlükəsizlik vəziyyətinin qanunun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlində isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur.

Tədbir iştirakçılarına regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən tədbirlər barədə geniş məlumat verən Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Üç ildir ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin davam etdirilməsi kimi vasitələrdən istifadə edib. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvələri və qanunsuz marionet rejiminin mövcudluğu regionda sülhün və sabitliyin əldə olunmasına əsas maneə olub.

Spiker qeyd edib ki, Ermənistan son aylarda Qarabağ bölgəsində qondarma “blokada”, “humanitar böhran”la bağlı yalan və əsassız iddialar əsasında manipulyasiya etməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Azərbaycanın təklifi ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bu əraziyə eyni vaxtda yüklərin daşınması bu iddiaları puça çıxarıb.

Rüya tabirlerini burdan oku

Sentyabrın 19-da isə Ermənistanın növbəti hərbi təxribata əl atması nəticəsində hərbi qulluqçularımızın və mülki vətəndaşımızın həlak olduğunu söyləyən parlamentin spikeri qeyd edib ki, bu təxribatlara cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alaraq lokal antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər zamanı mülki əhali və obyektlər heç bir halda hədəfə alınmayıb və bununla bağlı iddialar tamamilə əsassızdır.

S.Qafarova həmçinin bildirib ki, terrorla mübarizə tədbirləri 24 saatdan da az müddətdə öz məqsədlərinə çatıb. Hazırda Ermənistanın silahlı qüvvələri ərazilərimizdən çıxarılır, separatçı rejim özünü buraxıb. Hələ də davam edən erməni silahlı qüvvələrinin tərksilah edilməsi prosesi ərazilərimizin qeyri-qanuni hərbiləşdirilməsinin dəhşətli miqyasını ortaya qoydu.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sahibə #Qafarova #Dublində #Simonyanın #uydurma #iddialarına #cavab #verdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu