fbpx

Sahibə Qafarova Kraliçanın vida mərasimində

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Londonda səfərdədir.

Milli Məclisdən verilən məlumata görə, səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasiminə qatılıb. Vida mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament təmsilçiləri, görkəmli siyasi liderlər, ictimai xadimlər və Kral ailəsinin üzvləri iştirak ediblər.

Vida mərasimindən sonra Kraliçanın cənazəsi Vellinqton Tağına daşınacaq daha sonra isə Vindzord şəhərinə aparılacaq Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında torpağa tapşırılacaq.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin