fbpx

Sahibə Qafarova Polşa Prezidenti ilə görüşdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, Prezident Andjey Duda Polşa ilə Azərbaycan arasında münasibətlərin səviyyəsindən razılığını bildirib. O, Polşa ilə Azərbaycanın hər zaman dost ölkələr olduğunu, gələcəkdə də bu münasibətlərin davam edəcəyini, münasibətlərimizin ilbəil daha da inkişaf etdiyini bildirib.

Prezident Andjey Duda, həmçinin Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini vurğulayaraq, bu inkişafın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Rüya tabirlerini burdan oku

Milli Məclisin sədri öz növbəsində Prezident İlham Əliyevin salamlarını Polşanın dövlət başçısına çatdırıb.

Sahibə Qafarova bildirib ki, bu, onun Azərbaycan Milli Məclisinin sədri kimi Polşaya ilk səfəridir. Sahibə Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə kömək edəcəyinə inamını ifadə edib.

Parlamentin sədri vurğulayıb ki, ölkələrimiz beynəlxalq təşkilatların işində fəal iştirak edir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir.

İki ölkə arasında parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Polşa arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları, həyata keçirilən səfərlər parlament diplomatiyasının güclənməsinə xidmət edir.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın azad olunmuş ərazilərində apardığı genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. S. Qafarova deyib ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. O cümlədən Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolundan 6 mindən çox avtomobilin keçməsi sübut edir ki, bu yol humanitar məqsədlər üçün açıqdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sahibə #Qafarova #Polşa #Prezidenti #ilə #görüşdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu