Sahibkarlara verilən güzəştli kreditin məbləği açıqlandı
Bu ilin on bir ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 5144 layihənin maliyyələşdirilməsinə 211,7 milyon manat güzəştli kredit verilib.
BEY.AZ xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |