Sahibkarların könüllü açıqladığı əməliyyatların illik dəyəri 2 milyard manatı keçib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda vergi ödəyicilərinin könüllü qaydada açıqladığı nəzarət olunan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur.
Metbuat.az-ın xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev deyib.
Onun sözlərinə görə, buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergi ödəyiciləri müəyyənləşdirilir: “Transfer qiymətləndirmə üzrə müvafiq müqayisəli iqtisadi təhlillərin və yoxlamaların yüksək səviyyədə aparılması məqsədilə məşhur “Bureau van Dijk” beynəlxalq məlumat bazasından istifadə edirik. Onu da qeyd etməliyəm ki, tərəfimizdən “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nın yeni layihəsi təsdiq mərhələsindədir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.