Bakıda sahibsiz itlər məsələsi son illərdə daha çox diqqət çəkir. Gecə küçələrdə dolaşan it sürüləri, xüsusilə valideynləri və uşaqları qorxuya salır. Bəzi insanlar bu heyvanlara mərhəmətlə yanaşsa da, digərləri onları təhlükə mənbəyi kimi görür.
Bəs sahibsiz küçə itləri ilə bağlı hansı tədbirlər görülməlidir?
Məsələ ilə əlaqədar Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurov BEY.AZ-a açıqlamasında bildirib ki, bunun yolu onların populyasiyasını idarə etməkdir:
“Dünyada qəbul olunmuş beynəlxalq yol odur ki, sahibsiz küçə itləri tutulurlar, qısırlanırlar, vaksinasiya olunurlar və tutulduqları yerə geri qaytarılırlar. Bu missiyanı Bakıda IDEA Heyvanlara qayğı mərkəzi həyata keçirir. Onların iki nöqtəsi var: Qaradağda və Balaxanıda yerləşən mərkəz. Hər iki nöqtə qlobal olaraq sahibsiz itlərin qısırlaşdırılmasıyla, eyni zamanda quduzluq və bir sıra başqa xəstəliklər əleyhinə vaksinasiyalar ilə məşğuldur”.
Həmsöhbətimizin sözlərinə görə, zaman keçdikcə sahibsiz itlərin populyasiyası gedərək aşağı enəcək:
“Necəki qardaş Türkiyədə, qonşu Gürcüstanda itlərin qulaqlarında birkalar var, onlar qısırlanıblar və qısırlanmış itlər 7-10 il yaşayandan sonra öz həyatlarını başa çatdırdıqda bunların yerinə növbəti küçə itləri gəlmir. Eyni zamanda qanunvericiliyin olması zərur. Məsələn, sahibsiz itləri küçədə biz qısırlaşdırırıq. Amma digər insanlar – kimin ürəyi necə istəyir, öz itlərini küçəyə atırlar və s. Bu da keçələrdə qısırlanmamış itlərin sayının yenə də artmasına gətirib çıxarır. Onlar yenə də balalayırlar və bu, bitməyən bir işə çevrilir”.
F.Mansurov qeyd edib ki, rayonlarda bu işi heç bir qurum həyata keçirmir:
“Təəssüflər olsun ki, bölgələrdə sahibsiz itlərin populyasiyasına nəzarət yoxdur. Qardaş Türkiyədə hər bir bələdiyyənin nəzdində elə bir böyüklük var, hansı ki, sahibsiz itləri toplayır, qısırlandırır, vaksinasiya elətdirib buraxır. Bizdə bu mövzu uzun illərdir açıqdır. Heç bir qurumun üzərində bu məsuliyyət qoyulmayıb və bu məsələ ilə bağlı irəliləyiş yoxdur”. Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa