fbpx

Şahramanyan 19 sentyabrda rəsmi Bakıdan bunu istəyib

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 19-da lokal antiterror tədbirləri zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Şahramanyan, Azərbaycan tərəfini separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyanla danışıqlara dəvət edib.

Rəsmi Bakı bu variantları rədd edərək, Qarabağdakı separatçı rejimin ləğvini israrla tələb edib.

Qeyd edək ki, antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Şahramanyan #sentyabrda #rəsmi #Bakıdan #bunu #istəyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu