Şahruddin Türkiyə klubundan ayrıldı
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.
BEY.AZ Trend-ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini birtərəfli olaraq pozub.
Ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçən Ş.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.
O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |