Şahruddinin yerinə o gəlir – “Qarabağ”dan AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Qapıçı Şahruddin Məhəmmədəliyevin “Adanaspor”a keçidindən sonra Ağdam təmsilçisi UEFA-ya yeni qolkiper sifariş edəcək.
Metbuat.az xəbər verir ki, bunu Fanat.Az-a açıqlamasında “köhlən atlar”ın direktoru Əmrah Çəlikəl deyib.
Klub rəsmisi Şahruddinin əvəzinə UEFA-ya gənc “çərçivə” qoruyucusu Amin Ramazanovun adının göndəriləcəyini bildirib.
Hazırda “Qarabağ”ın 3 qapıçısı var. Bunlar bir müddət öncə “Bayer Leverkuzen”i Azərbaycan təmsilçisinə dəyişən Andrey Lunyov, Luka Quqeşaşvili və Amin Ramazanovdur.
Qeyd edək ki, ağdamlılar AL-in H qrupunda “Bayer Leverkuzen” (Almaniya), “Molde” (Norveç) və “Hekken”lə mübarizə aparacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şahruddinin #yerinə #gəlir #Qarabağdan #AÇIQLAMA