fbpx

“Sakarya Qaz Yatağı 2026-cı ildə zirvə hasilatına çatacaq”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

“2023-cü ilin birinci rübündən etibarən Qara dəniz qazını istifadə edəcəyik. Sakarya Qaz Yatağı 2026-cı ildə zirvə hasilatına çatacaq”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qazının ilk borularının endirilməsi və qaynaq mərasimində çıxışı zamanı bildirib.

Ötən il təməli qoyulan təbii qaz emalı zavodunun tikintisinin davam etdirildiyini bildirən Türkiyə Prezidenti qeyd edib ki, hazırda ölkəsinin özünəməxsus dörd qazma və iki seysmik tədqiqat gəmiləri var.

Rüya tabirlerini burdan oku

Bildirilib ki, Türkiyənin etdiyi bu kəşf ölkənin strateji mövqeyini artırdı. Dünyada hədsiz qiymət artımı var. Enerji daşıyıcılarının bahalaşması inflyasiyada da özünü göstərib. Türkiyə ölkə olaraq vətəndaşlarını qorumaq üçün dəstək mexanizmlərini işə salıb.

Ölkənin Qazma işləri ilə ön plana çıxan Sultan Əbdülhəmidin adının dördüncü qazma gəmisinə verildiyini qeyd edən Prezident Ərdoğan Türkiyəni enerji təchizatı təhlükəsizliyi problemini tamamilə həll etmiş bir ölkəyə çevirənə qədər mübarizəni çoxşaxəli şəkildə davam etdirəcəklərini deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu