Salah və Levandovski eyni komandada…
BEY.AZ informasiya agentliyi xəbər verir
“Barselona” klubu “Bavariya”nın hücumçusu Robert Levandovski üçün növbəti təklifini göndərib.
Metbuat.az xəbər verir ki, ispan təmsilçisinin təklifi 40 milyon avrodur. Bu isə birinci təklifdən 10 milyon avro çoxdur. Bildirilir ki, almanlar ispanların təklifini hələlik rədd etməyib. Məlumata görə, polşalı futbolçunun “Barselona”nın baş məşqçisi Xavi Hernandez ilə eyni restoranda müşahidə edilməsi transferin reallaşmağa yaxın olduğunu deməyə əsas verir. Bildirilir ki, “Barselona”nın növbəti hədəfi isə “Liverpul”un hücumçusu Məhəmməd Salahdır. Misirli futbolçu komandası ilə müqavilə yeniləməyib.
“Liverpul” gələn il müqaviləsi başa çatacaq Salahın azad agent kimi komandadan getmədiyini istəmədiyi üçün onu satmağa hazırdır. Salahın İspaniyada futbol oynamaq istədiyi iddia edilir.
Qeyd edək ki, bəzi mənbələr isə Salahın “Liverpul”la müqavilə imzalamağa yaxın olduğu lakin son qərarı yaxın saatlarda verəcəyini yazıb. Sadio Manenin klubdan ayrılmasından sonra “Liverpul”un Levandovski ilə maraqlandığı barədə xəbərlər var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.