fbpx

Salyandakı “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yanvarın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

Metbuat.az bu barədə ETSN-ə istinadən xəbər verir.

Məlumata görə, hərrac 8 lot üzrə keçiriləcək və Salyan rayonundakı “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq.

Rüya tabirlerini burdan oku

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və yaxud ƏMDX-nın internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış olmaq mümkündür.

Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Elanda göstərilən sənədlər 27 dekabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.

Açıq hərrac İƏMDX-nın Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu