Şamaxı sakinindən qanunsuz silah-sursat götürülüb
BEY MEDIA İnformasiya agenti xəbər verir
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilir ki, keçirilən tədbirlər nəticəsində rayon sakini Azər Mənəfovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və həmin silaha məxsus 3 ədəd patron götürülüb.
Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun barəsində qanunamüvafiq tədbir görülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.