Samboçularımız dünya çempionatında iştirak edəcəklər
BEY.AZ informasiya agentliyi xəbər verir
Noyabrın 11-13-də Qırğızıstanın Bişkek şəhərində sambo güləşi və döyüş sambosu üzrə dünya çempionatı keçiriləcək.
Metbuat.az xəbər verir ki, yarışda Azərbaycanı yığma komandamızın idmançıları Kənan Babayev (58 kq), Elvin Bağırov (64 kq), Emil Həsənov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq) təmsil edəcəklər.
İlin əsas yarışında dünyanın 50 ölkəsindən ən güclü samboçuların iştirakı gözlənilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.