Samir Şərifovun birinci müavini VƏFAT ETDİ -FOTO
BEY.AZ informasiya agentliyi xəbər verir
Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə vəfat edib.
Bu barədə Metbuat.az-a nazirlikdən bildirilib.
Qeyd edilib ki, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.
O, əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.
Ailəli idi. Bir övladı var.
Allah rəhmət eləsin!
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.