“Samsung Galaxy S25″in ilk real görüntüsü sızdırıldı
“Samsung”un 22 yanvarda təqdim etməsi gözlənilən “Galaxy S25” seriyasına aid görüntülər mediaya sızdırılıb.
BEY.AZ xəbər verir ki, həmin görüntülərdə “Galaxy S25+” modelinin dizaynı nümayiş etdirilib. Cihazın dizaynı əvvəlki “Galaxy S24” və “S24+” modellərinə bənzəyir, yuvarlaq künclərə malikdir. Arxa tərəfdə isə üçlü kamera modulu yerləşir. Lakin bu moduldakı ciddi yeniliklərin yalnız “Galaxy S25 Ultra” modelində tətbiq olunacağı qeyd olunur. Digər iki model isə keçən ilki kamera quruluşunu davam etməsi təxmin edilir.
Sızan məlumatlarda diqqət çəkən məqamlardan biri də “Galaxy S25+” modelində çərçivənin sağ tərəfindəki “Kamera idarəetmə” düyməsidir. Bundan əlavə, “Samsung”un “Galaxy S25” və “S25+” modellərini 12 GB RAM ilə, “S25 Ultra” modelini isə 16 GB RAM ilə təchiz edəcəyi gözlənilir. “Galaxy S25+” modelinin şarj xüsusiyyətlərinin də əvvəlki “S24+” ilə eyni olacağı ehtimal edilir.
Qeyd edək ki, Cənubi Koreyalı şirkətin 22 yanvarda Kaliforniyanın San-Xose şəhərində keçiriləcək “Galaxy Unpacked” tədbirində şirkətin “Qualcomm” və “Google” ilə əməkdaşlıq çərçivəsində hazırladığı “Project Moohan” kod adlı “Galaxy XR” başlığı ilə yanaşı, “Galaxy S25” seriyasını da təqdim edəcəyi gözlənilir. Bu seriyanın “Snapdragon 8 Elite” prosessoru ilə gələcəyi bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |