fbpx

Sanitariya normalarına əməl etməyən çörək istehsalçısı cəzalandırılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən emal sahəsi aşkar edilib.

Bu barədə Metbuat.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Göyçay şəhər, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Fazil Abbas oğluna məxsus “Seyidlər” marketdə keçirilmiş plandankənar yoxlama zamanı marketdə fəaliyyət göstərən çörək, bulka və unlu qənnadı məmulatlarının istehsalı sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.

Rüya tabirlerini burdan oku

Belə ki, emal sahəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu