fbpx

Sanksiya siyasətinin mövcud olmağa haqqı yoxdur

Rüya Yorumları burda


Sanksiya siyasətinin, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusən də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə.

BEY.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” kanalına Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı suala cavab verərkən bildirib.

“Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”, – dövlət başçısı vurğulayıb.

İlham Əliyev ABŞ-nin Azərbaycana qarşı sanksiyalar siyasətini tənqid edib.

Dövlət başçısı 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin Ermənistanı blokadada saxlaması barədə qondarma ittihamla Azərbaycana qarşı sanksiyaların tətbiq edildiyini diqqətə çatdıraraq deyib:

Rüya tabirlerini burdan oku

“Bu sanksiyalar 2001-ci ildə ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatlarının Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu