Santuş kirayə pulu ilə gündəmə gəldi
AFFA yayda 4 illik müqavilə imzaladığı Fernandu Santuşa görə nə qədər xərcə düşdüyü məlum olub.
BEY.AZ sportinfo.az-a istinadən xəbər verir ki, millinin başına gətirilən portuqaliyalı mütəxəssis üçün Bakının mərkəzində yerləşən və elit yaşayış məkanı sayılan “Port Baku”da böyük mənzil kirayələnib.
Dörd otaqdan ibarət komfortlu evin aylıq icarəhaqqı 5000 manat təşkil edir. 70 yaşlı çalışdırıcının bütün kommunal ödəmələri də federasiya tərəfindən qarşılanır.
Tərəflər arasında razılaşmaya əsasən, Santuş 2028-ci ilin sonunadək millimizin başında dayanacaq. Bu isə o deməkdir ki, AFFA həmin tarixədək təkcə 240 min manat pulu elə kirayəyə verəcək.
Kriştianu Ronaldonun həmyerlisi bunun qarşılığında yığmamıza nə qazandıracaq, çox müəmmalı və şübhəlidir.
Hər halda start olduqca biabırçı alınıb. Komandamız Millətlər Liqasının C Divizionuna ardıcıl 3 məğlubiyyətlə başlayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |