fbpx

“Savadsız məşqçilər ucbatından ən yaxşı illərimi itirmişəm”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Təəssüf ki, 2000- 2018-ci ilə qədər bir- birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”.

Metbuat.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov şəxsi instaqram hesabında yazıb.

“Bütün güləş həyatım boyu sadəcə medal almaq deyil, tarixə düşməyi arzulamışam. Təssüf ki, 2000- 2018-ci ilə qədər bir- birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”Heç fikirləşməzdim ki,bu yaşlarda adım tarixdə qalacaq Azərbaycan güləşçiləri sırasına düşəcək. Buna görə Allahıma şükür edib qələbəmi bu müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza azərkeşlik etdiyiniz üçün təşəkkür edirəm”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. Bu nəticə ilə milli komanda ümumi hesabda da çempion olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu