fbpx

Saxta iş elanları ilə 200-dən çox şəxsə qarşı dələduzluq edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət qurumları adından elan saytlarına mövcud olmayan vakansiyalar yerləşdirən şəxsin 200-dən arıtq vətəndaşa qarşı dələduzluq edərək aldatdığı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif edən və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən şəxs saxlanılıb.

Belə ki, Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanun pozuntularını törətməkdə şübhəli bilinən Sərastan Bəşirov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirib. Sərastan Bəşirov işlə bağlı onunla əlaqə saxayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Sərəstan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkar edilən faktlarla bağlı araşdırmalara başlanılıb və Sərastan Bəşirov tutularaq məsuliyyətə cəlb edilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu