Seçki günü 2500-ə yaxın məntəqədə exit-poll keçiriləcək
Növbədənkənar parlament seçkiləri günü 2500-ə yaxın məntəqədə exit-poll keçiriləcək.
BEY.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) ilə birgə və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |