fbpx

Seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib



Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib.

BEY.AZ xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.

Qeyd edilib ki, üzərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verildiyi iddia olunan “Jurnalist vəsiqəsi” orijinal nüsxənin elementlərini kobud formada təkrarlayaraq qeyri-qanuni yolla hazırlanıb.

“Xatırladırıq ki, jurnalist vəsiqəsinin verilməsi qaydası “Media haqqında” Azərbaycan Respublikası Qanunu və “Media Reyestrinin aparılması Qaydaları” ilə tənzimlənir, onun forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir.

Jurnalist vəsiqəsi müvafiq qanunvericiliyin tələblərinə cavab verən jurnalistlərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən, rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi olan rəsmi sənəddir. Vəsiqənin arxa hissəsində yerləşdirilmiş QR kodunu skan etməklə vəsiqə sahibini eyniləşdirmək, onun Media Reyestrinə daxil edilib-edilmədiyini, həmçinin vəsiqənin həqiqiliyini müəyyən etmək mümkündür.

Bildiririk ki, jurnalist vəsiqəsinin hər hansı forma və üsulla saxtalaşdırılması, istifadəsi qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılır, fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir”, – məlumatda bildirilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin