fbpx

Sel suları Qəbələdə yol infrastrukturuna ziyan vurdu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yağan güclü yağış nəticəsində yaranan sel suları Qəbələ rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Qaraməryəm-İsmayıllı-Şəki (65-85 km-lik hissəsi), Yemişanlı–Uludaş, Həmzəli-Cığatelli, Xırxatala, Qəbələ-Bum-Qəmərvan avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması, ağacların yollara aşması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxıb. Bundan başqa rayon ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini də yuyaraq sıradan çıxarıb.

Rüya tabirlerini burdan oku

Agentlik tərəfindən aparılan işlər çərçivəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Qısa müddət ərzində Dəmiraparançayın sol sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.

Sözügedən ərazilərin nəzarətdə saxlanıldığı və yolların bərpası istiqamətində aparılan işlərin davam etdirildiyi qeyd edilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sel #suları #Qəbələdə #yol #infrastrukturuna #ziyan #vurdu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu