fbpx

Sentyabr ayında Ermənistan mediasında qeydə alınan sülh əleyhinə çağırışlar

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Sentyabr ayı da Ermənistanla Azərbaycan arasında gərginliyin artması ilə müşaiyət olundu. Gərginliyi artıran faktor sentyabrın 2-də Ermənistanda qondarma “Artsax Respublikasının müstəqilliyinin 32 illiyi”nin qeyd edilməsi oldu. Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslər, diaspor və lobbi qruplarının üzvləri qondarma “Artsax respublikanın əhalisinə” təbriklər göndərdilər. Qarabağ regionunun erməni sakinlərini Azərbaycana qarşı mübarizəni davam etdirməyə, “İkinci Qarabağ savaşına görə Azərbaycandan qisas almağa” çağırdılar.

Qeyd edilən prosesdə diqqət çəkən ciddi məqamlardan biri də “Artsaxa müstəqillik günü təbriki” göndərənlər sırasında Ermənistanın baş naziri Nikol Paşinyanın da görünməsi. Rəsmi Bakı Paşınyanın “Artsaxın müstəqilliyinin 32 illiyi təbriki”ninəvvəlki mövqeyi ilə “ziddiyyət” təşkil etdiyini bildirdi. Çünki, Ermənistanın baş naziri iyulun 25-də keçirdiyi brifinqdə Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etmişdi. Sentyabrın 2-də isə qondarma “DQR xalqını” müstəqillik günü münasibətilə təbrik etməklə “Azərbaycanın ərazi bütövlüyünü tanıması” barədə bəyanatını pozdu və sülh prosesinə ciddi zərbə vurdu. Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın bu çıxışını “Qarabağ bölgəsində separatçılığın təşviqinə xidmət” kimi qiymətləndirdi.

Ermənistan mediası bu məsələdə də Ermənistanın avantürist hərbi-siyasi rəhbərliyinin ruporu kimi çıxış etdi. Ölkə rəhbərliyinin açıqlamalarındakı təzadlar araşdırılmadı. Əksinə, qondarma Qarabağ regionunda separatizmi dəstəkləyən siyasi çağırışlara meydan verdilər.

Nikol Paşinyanın açıqlaması Qarabağda siyasi vəziyyətin gərginləşdiyi, qondarma “Artsax” respublikanın qondarma “prezidenti” Arayik Harutyunyanın istefa verməsi dövrünə təsadüf edir. Sentyabrın 9-da Qarabağdakı separatçı dəstə qondarma “prezident seçkisi” keçirdilər. Samvel Şahramanyan “yeni prezident seçildi”. Ermənistan mediası Azərbaycan ərazi bütövlüyü prinsipinə məhəl qoymadan qondarma seçkiləri təşviq etdilər.

Sentyabrın 19-da Xocavənd rayonunda – Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yük avtomobilləri tank əleyhinə minaya düşdü. Nəticədə agentliyin 2 əməkdaşı – Sadıxov Samir və Quliyev Fərhad həlak olublar. Bunun ardınca, hadisə yerinə gedən Azərbaycan DİN maşını da minaya düşərək partladı və 4 nəfər polis əməkdaşı həlak oldu.

Rüya tabirlerini burdan oku

Azərbaycan DTX bunu erməni silahlı qüvvələrinin təxribat əməli kimi dəyərləndirdi. Azərbaycan ordusu lokal antiterror əməliyyata başladı.

Ermənistan KİV-ləri bu faktları təhrif etdilər. Onu qəsdən quraşdırılmış oyun kimi qələmə verməyə çalışdılar. Antiterror tədbirlərini “Qarabağdakı erməni sakinlərin soyqırımı” kimi təqdim etməyə çalışdılar. Onlar hətta əməliyyat gedən ərazilərdə Azərbaycanın humanitar koridor yaratması, mülki əhalinin dinc ərazilərə hərəkəti üçün şərait yaratması barədə xəbərdaredici məlumatları da paylaşmadılar. Sanki mülki əhali arasında itkilərin olmasında maraqlı göründülər.

Sentyabrın 19-da keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq, Qarabağda separatçı rejim ləğv edildi. 27 sentyabrda qondarma rejim özünü buraxmış elan etdi. Amma Ermənistan mediası bu faktı qəbul etmək istəmir. Hələ də qondarma “Artsax Respublikası”nın qondarma “səhiyyə nazirindən” və digər “rəsmi şəxslərdən” müsahibələr alır. Qeyri-legitim şəxslərdən müsahibələr alıb paylaşmaqla təxribatlar törədirlər. Azərbaycanı ittiham edirlər ki, guya “Artsax Respublikasının ərazisini işğal edir”. Heç bir Ermənistan KİV-i Qarabağın beynəlxalq sənədlərlə tanınmış Azərbaycan ərazisi olması faktına toxunmadı.

Ermənistan baş nazirinin sözçüsü – baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan hökumətin “Humanitar Mərkəzi”nin brifinqi zamanı “Artsax” sözünü işlətdiyi üçün üzr istədi, Qarabağ ifadəsi ilə əvəzlədi. Amma erməni KİV hələ də “Artsax” deyirlər. Belə davranışları ilə sülh quruculuğu prosesinə töhvə verməkdən uzaq olduqlarını nümayiş etdirirlər.

2023-cü ilin sentyabr ayında keçirilmiş monitorinqlərin nəticələri də sübut etdi ki, Ermənistan mediası iki ölkə arasında sülhün yaradılması üçün deyil, əksinə, pozulması üçün çalışırlar. Belə davranış nə beynəlxalq normalara, nə də etik standartlara uyğun deyil.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sentyabr #ayında #Ermənistan #mediasında #qeydə #alınan #sülh #əleyhinə #çağırışlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu