fbpx

“Serebral iflic ilə yaşamaq” kitabının təqdimatı keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Dövlətimiz bütün sağlam uşaqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların da cəmiyyətə inteqrasiyasını daima diqqət mərkəzində saxlayır”.

Metbuat.az xəbər verir ki, bu fikirlər Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Serebral iflic ilə yaşamaq” adlı kitabın təqdimat mərasimində səsləndirilib. Tədbirdə çıxış edənlər işıq üzü görən bu kitabın serebral iflicdən əziyyət çəkən, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideyinləri, eləcə də tibb işçiləri üçün dəyərli bir vəsait olacağını vurğulayıblar.

“Serebral iflic ilə yaşamaq” kitabının müəllifləri uşaq nevroloqu İlahə Hacıyeva və həkim genetik İlhamə Bəhməni, rəyçi isə Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, prof. Aytən Məmmədbəylidir. “Serebral iflic ilə yaşamaq” kitab təqdimatının PR rəhbəri Vüqar Səfərlidir.

Rüya tabirlerini burdan oku

Kitabda serebral iflic, onunla yaşamaq, ağırlaşmaların qarşısını almaq və digər vacib məqamlar haqqında yetərincə məlumatlar verilib. Maarifləndirmə xarakteri daşıyan kitabda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası prosesi ilə bağlı önəmli məqamlar və tövsiyyələr də qeyd olunub.

Tədbirin sonunda kitabın imzalanma mərasimi keçirilərək kitabın nüsxələri iştirakçılara paylanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Serebral #iflic #ilə #yaşamaq #kitabının #təqdimatı #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu