Sergen Yalçın bu klubda işləməyə razılıq verdi
Türkiyənin “Beşiktaş” klubu məşqçi Sergen Yalçınla razılıq əldə edib.
BEY.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, yeni prezident seçilən Serdar Adalı Sergen Yalçınla anlaşıb. Tərəflər 3,5 illik müqavilə bağlamaq üçün razılığa gəliblər. Türkiyəli məşqçi bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.
Qeyd edək ki, Sergen Yalçın bundan əvvəl şərhçi kimi işlədiyiteleviziya proqramlarının birində məşqçiliyə başlaya biləcəyini ifadə etmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |