fbpx

Sergey Lavrov Polad Bülbüloğlu üçün nahar ziyafəti verdi



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib.

BEY.AZ xəbər verir ki, qəbuldan əvvəl Rusiya xarici işlər naziri azərbaycanlı diplomata Aleksandr Nevski ordenini təqdim edib.

Mərasimdə bir sıra ölkələrin səfirləri, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, MDB-nin baş katibi Sergey Lebedev və digər yüksək vəzifəli məmurlar iştirak ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin